Paşinyan regionun Avropa Birliyinin nəzarətinə keçdiyinə eyham vurdubackend

Paşinyan regionun Avropa Birliyinin nəzarətinə keçdiyinə eyham vurdu

“Gürcüstanın Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu Cənubi Qafqaz regionunu dəyişir və Ermənistanın bunu nəzərə alması faydalıdır”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Başa düşməlisiniz ki, həm Ermənistanın region ölkələri ilə münasibətlərinin xarakteri, həm də regionun özü dəyişib. Onun reallıqlarından biri də odur ki, ötən il Gürcüstan rəsmi olaraq Aİ-yə üzv olmaq üçün namizəd statusu alıb. İstəsək də, istəməsək də, bu, bizim regionumuza obyektiv təsir göstərir. Dörd qonşu ölkədən ikisi Aİ-yə üzv olmağa namizəddir. Əgər əvvəllər “Avropa İttifaqı haradadır, biz haradayıq?” deyirdiksə, indi hər şey dəyişir. Hesab edirəm ki, bu, Gürcüstanla çox vacib strateji dialoqdur, münasibətlərdə bəzi konkret məsələlərə bağlı qalmamaq, onların həlli yollarını axtarmaq lazımdır”, – deyə Paşinyan bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*