Ermənistan Baş naziri Nikol Paşinyan Fransaya səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Fransanın “L’Humanité” nəşri məlumat yayıb.
Səfər dəvəti Fransa Prezidenti Emmanuel Makrondan gəlib.
Bildirilib ki, erməni baş nazir Fransa Müqavimətinin erməni əsilli döyüşçüsü Misak Manuşyan və arvadı Melninenin Parisdə Panteonda yenidən dəfn mərasimində iştirak edəcək.
