Paşinyan ŞƏT-in sammitinə bu səbəblərdən getməyib – İLGİNC DETALLARbackend

Paşinyan ŞƏT-in sammitinə bu səbəblərdən getməyib – İLGİNC DETALLAR

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Birləşmiş Qərargahının Əməliyyat qrupunun Ermənistanda fəaliyyətə başlaması, Paşinyanın ŞƏT-in sammitində iştirakdan imtina etməsi, İrəvanda insanların ayağa qalxması bu ölkədə vəziyyətin nə qədər acınacaqlı olduğunu sübuta yetirir. Nikolun Şanxay əməkdaşlıq Təşkilatının sammitinə hansı səbəblərdən qatılmaması isə müəyyən suallar doğurur.   

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Ermənistan artıq regionda təklənib: “Ona görə də, Paşinyan Şanxay əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etməkdən çəkindi. O anladı ki, istər Ərdoğan, istər Putin, istərsə də Si Cinpin İlham Əliyevin yanında olacaq və Azərbaycanın mövqeyini dəstəkləyəcək. Yəni Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına, delimitasiya və demarkasiya proseslərinə qoşulmasına, nəhayət sülh müqaviləsinə imza atmasına təzyiq göstərəcəklər. Paşinyan isə bundan qorxdu. Həm də 13 sentyabrdan başlayan döyüşlər Ermənistanın növbəti uğursuzluğu ilə başa çatıb. Ona görə də, Paşinyan uduzmuş tərəf kimi sammitdə iştirakdan yayındı. Rəsmi İrəvanın ümidi artıq Qərb və Amerikayadır. Bu isə Rusiya və Çinin maraqlarına ziddir. Çin və Rusiya 30 il ərzində Ermənistana dəstək verib. Amma Paşinyan hakimiyyətə gəldikdən sonra ikili siyasət apardığından, Ermənistan Rusiya və Çin kimi tərəfdaşlarından məhrum olub”.

Əhəd Məmmədli: İsrail bütün etdiklərinin bədəlini ödəyəcək - Islam Times

Əhəd Məmmədlinin sözlərinə görə, ŞƏT-in sammitində sülh müqaviləsinə imza atılmasa da, Ermənistanı müəyyən öhdəlikləri yerinə yetirməyə məcbur edə bilərdilər: “Paşinyana döyüşlərin Ermənistan ərazisində getdiyini izah edəcəkdilər. Üstəlik Nikol öz dili ilə müəyyən əraziləri itirdiyini etiraf edib. Ona görə də, ən yaxşı halda “rəsmi İrəvan güzəştə getməlidir” fikiini ona izah edəcəkdilər. Amma Paşinyan daxili narazılıqdan və xaricdəki erməni lobbisindən çəkinərək ŞƏT-in sammitində iştirak etmədi”.

Politoloq bildirib ki, Zəngəzur dəhlizinin açılmasına qarşı olan Ermənistana rəsmi Bakı tərəfindən ciddi şərt irəli sürülə bilər: “Azərbaycan artıq Laçın yolunu tam bağlaya, Qarabağdakı ermənilərin Ermənistanla əlaqəsini birdəfəlik kəsə bilər. Bizim əlimizdə belə bir kozır var. Hesab edirəm ki, Azərbaycan sonda bu addımı atacaq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Birləşmiş Qərargahının Əməliyyat qrupunun Ermənistanda fəaliyyətə başlaması isə sadəcə protokol qaydalarına görədir. Ermənistan KTMT-nin üzvüdür. Ona görə də, təşkilat guya baş verənlərlə maraqlandığını göstərməyə çalışır. Onsuzda KTM Ermənistana qoşun göndərməkdən imtina edib. Ona görə də, əməliyyat qrupunun Ermənistanda fəaliyyətə başlamasını ciddi hadisə saymıram”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*