TƏCİLİ: Paşinyan Putinə zəng etdibackend

TƏCİLİ: Paşinyan Putinə zəng etdi

Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, Ermənistan və Rusiya liderləri ikitərəfli əlaqələri, eləcə də regiondakı prosesləri müzakirə ediblər.

Tərəflər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasından da danışıblar.

Paşinyan və Putin Ermənistan-Azərbaycan sərhədində delimitasiya və təhlükəsizlik üzrə komissiyanın fəaliyyəti, eləcə də regionda kommunikasiyaların açılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*