Ermənistana göndərilən “Bastion” zirehli texnikası əslində Ukrayna üçün nəzərdə tutulub, lakin ukraynalılar onları qəbul etməkdən imtina ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə “Ouest France” yazıb. Nəşr bildirir ki, “Bu maşınlar əvvəlcə Ukrayna üçün nəzərdə tutulmuşdu, lakin Kiyev onları artilleriya atəşindən və tank əleyhinə raketlərdən zəif qorunmuş hesab edib”.
Məqalədə daha sonra vurğulanır: “Bastion” o qədər yararsız zirehdir ki, hətta bütün dünyadan silah istəyən Ukrayna da bundan imtina edib. Görünür, bu, İordaniyadan alınmış məşhur OSA sistemlərinin ikinci seriyasıdır. O zaman Paşinyan hökuməti OSA hava hücumundan müdafiə sisteminin alınmasını tövsiyyə edirdi və müharibə zamanı məlum oldu ki, bu, Ermənistan büdcəsinə 40 milyon dollara başa gələcək adi metal qırıntılarıdır. Yeri gəlmişkən, ruslar bir vaxtlar ordunu pulsuz olaraq bu silahlarla təmin etməyi təklif edirdilər. Səbəb isə sadəcə anbarlarını bu yararsız sistemlərdən təmizləmək imiş.
Göründüyü kimi, Ermənistan hakimiyyətinin Fransa ilə silah alqı-satqısı müqavilələri ilə bağlı görünməmiş hay-küyü boş şeymiş. Üstəlik, rəsmi təbliğat artıq Fransanın “Bastion” zirehli texnikasının Ermənistana gəlməsini böyük qələbə hesab edir. Deyəsən, yalnız bu zirehli texnika ordunun bütün problemlərini həll edəcək”.
Natiq Səlim,
KONKRET.az