Paşinyandan SON AÇIQLAMA: “Rusiya sülhməramlıları Qarabağda hələ çox qalacaq”backend

Paşinyandan SON AÇIQLAMA: "Rusiya sülhməramlıları Qarabağda hələ çox qalacaq"

“Rusiya sülhməramlıları Qarabağda müddətsiz yerləşdirilib”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 10-da hökumətin iclasında deyib.

“9 noyabr 2020-ci il tarixli bəyanatda sülhməramlıların avtomatik yenilənmə ilə 5 il müddətinə yerləşdirildiyi göstərilir. Təkrar edirəm, avtomatik yenilənmə”, – Paşinyan deyib.

“Bu o deməkdir ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsi və bütün narahatlıqları konkret həll olunmayana qədər Rusiya sülhməramlıları qeyri-müəyyən müddətə Qarabağda qalacaq”, – deyə Paşinyan yenə sərsəmləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*