“Paşinyanın görüş çantalarından şəhərin adı Şuşi deyil, Şuşa kimi çıxdı”backend

“Paşinyanın görüş çantalarından şəhərin adı Şuşi deyil, Şuşa kimi çıxdı”

“Biz Şuşini erməni şəhəri kimi xatırlayacaq nəsil olacağıq. Nikol isə tarixdə Şuşini təslim edən xain və Qələbə simvolunu hədəf seçmiş insan kimi qalacaq”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan bildirib.

O vurğulayıb ki, “Təslim olmağı imzalamadan əvvəl Nikolun İskəndərdən bir şəkildə istifadə etdiyini və hədəf olaraq Şuşinin seçildiyini göstərməsi çox vacib mətləblərin üstünü açdı. Nikolun “tutqun və bədbəxt” hesab etdiyi bu şəhərin azərbaycanlılara aid olduğunu iddia etdi və görüş çantalarından şəhərin adı Şuşi deyil, “Şuşa” kimi çıxdı.

“İskəndər” mövzusunun Qarabağ müharibəsindəki erməni qələbəsinin simvoluna vurduğu zərbə insan həyatına, dəyərlərinə, tarixinə və qürur duyacağımız hər şeyə elan edilmiş bir münasibəti ortaya qoydu”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*