Paşinyanın müavini Kamil Zeynallıdan danışdı: “Əminəm, amma təfərrüatlara varmayacam”backend

Paşinyanın müavini Kamil Zeynallıdan danışdı: "Əminəm, amma təfərrüatlara varmayacam"

İrəvan tərəfindən axtarışda olan Kamil Zeynallının Rusiya tərəfi tərəfindən Bakıya ekstradisiyası ilə bağlı Ermənistan müvafiq tədbirlər görəcək.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində baş nazirin müavini Mher Qriqoryan Ermənistan Respublikasının rəsmi reaksiyasının necə olacağı və bu insidentlə bağlı hansı addımların atılacağı sualına cavab verərkən deyib.

“Əminəm ki, tədbirlər olacaq, amma indi təfərrüatlara varmayacağam, çünki bu məsələ ilə bağlı kollegial müzakirə aparılmalıdır, o cümlədən hüquq-mühafizə orqanlarından olan həmkarlarımızla”, – Qriqoryan bildirib.

O əlavə edib ki, rəsmi reaksiyanı gözləmək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*