Paşinyanın oğlu təhsil aldığı akademiyadan QOVULDUbackend

Paşinyanın oğlu təhsil aldığı akademiyadan QOVULDU

Aşot Paşinyan dərsə getmədiyi üçün akademiyadan xaric edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Oragir.news saytı məlumat yayıb. Sayt yazır ki, Ermənistanın baş nazirinin oğlu Aşot Paşinyan Rəssamlıq Akademiyasından dərsləri buraxdığı üçün xaric edilib.

Saytın məlumatına görə, Aşot universitetdə yalnız ilk üç gün iştirak edib.

“Maraqlıdır ki, bir vaxtlar Nikol Paşinyan Yerevan Dövlət Universitetinin (YDU) tələbəsi olduğu zaman  hakimiyyətdən narazı olduğu üçün dərslərə getmirdi, görəsən Aşot da hakimiyyətdən narazıdır? – deyə sayt yazıb.

Akademiya Paşinyanın oğlunun artıq onların tələbəsi olmadığını təsdiqləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*