KONKRET.az “Irates” qəzetinə istinadən xəbər verir ki, oktyabrın 26-da ABŞ-da İncəsənət və Mədəniyyət İdarəçiliyi ”proqramı çərçivəsində“ iki deputat Hraçya Hakobyan və Anna Kostanyan Vaşinqtona yola düşəcəklər.
Heyətdə keçmiş mədəniyyət nazirinin müavini Tiqran Qalstyan və daha iki nəfər də var. Layihənin məqsədi mütəxəssislərə ABŞ və ya dünyanın digər ölkələrindən olan tərəfdaşları ilə görüşmək, son inkişaflar və nailiyyətlər ilə tanış olmaq imkanı yaratmaqdır. Səfərin bütün xərcləri ABŞ hökuməti tərəfindən ödəniləcək.
“İrates” qəzeti yazır ki, səfər edənlər arasında Ermənistanın Baş naziri Nikol Pşinyanın qayınatası da var. Deməli, Paşinyan havayı səfərlərdən qohumları üçün maksimum yararlanmağa çalışır. “Səfərin təşkilatçıları xoş niyyət güdmür. Çünki ABŞ prezidenti Donald Trampın qloballaşmadan milliyyətçiliyə keçməsi barədə bəyanatına baxmayaraq, yalnız bu cür proqramlarla kiçik dövlətlərin mədəni həyatına təsir göstərməyə çalışırlar”, – qəzet yazır.