“Paşinyanın sevinci yerə-göyə sığmır, Rusiya onun davranışından razı qalıb” – “Hraparak”backend

"Paşinyanın sevinci yerə-göyə sığmır, Rusiya onun davranışından razı qalıb" - “Hraparak

Paşinyanın sevinci yerə-göyə sığmır, Rusiya Paşinyanın davranışından razı qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Qəzetin məlumatına görə, “Vətəndaş müqaviləsi”nin üzvləri müşahidə ediblər ki, Soçi səfərindən sonra Paşinyanın əhval-ruhiyyəsi kifayət qədər yüksəlib. O, fraksiya ilə son görüşdə də bu sevincini gizlətməyib.

“Tərəflərin razılığa gəlməməsinə baxmayaraq, Paşinyan dedi ki, bu vacib deyil, status-kvonun saxlanması vacibdir.

Rusiya Federasiyasında Paşinyanın davranışından razı qalıblar. Onun öz ssenarisi üzrə hərəkət etdiyinə inanırlar. Onun hökumətin bugünkü iclasında və ya yaxın günlərdə “sərt bəyanatlar” verəcəyi istisna edilmir”, – nəşr yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*