Paşinyanın Türkiyə səfərinin tarixi MƏLUM OLDUbackend

Paşinyanın Türkiyə səfərinin tarixi MƏLUM OLDU

Paşinyan Türkiyəyə mart ayında səfər edə bilər.

KONKRET.az-ın TASS-a istinadən məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan mart ayında Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək üçün Türkiyəyə səfər edə bilər.

“Türkiyə – Ermənistan arasında münasibətlərin normallaşma prosesində xüsusi nümayəndələr təyin olundu və müsbət mesajlar verildi. Ümid edirik ki, bu proses sürətlənəcək və biz Ermənistanla çox qısa müddətdə irəliləyə bilərik. Bundan əlavə, dəhlizlər açılacaq. Ermənistan Baş nazirinin Antalya Diplomatiya Forumuna gələcəyik dediyi nöqtəyə gəlmişik”,- deyə Oktay bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*