Paytaxtın tıxac problemi: Metro tikintisi şəhəri bu bəladan tam xilas edə bilərmi? – AÇIQLAMAbackend

Paytaxtın tıxac problemi: Metro tikintisi şəhəri bu bəladan tam xilas edə bilərmi? - AÇIQLAMA

Paytaxtın ən böyük problemlərindən birinə çevrilən tıxaclar günümüzün ən actual məsələlərindəndir. Çünki insanların tıxaclarda həm əsəbləri, həm də vaxtları israf olunur. Qlobal dünyanın probleminə çevrilən bu bəladan paytaxt bakının da əziyyət çəkdiyini nəzərə alan ekspertlər bir sıra çıxış yolları təkilf edirlər. Onlardan biri də metro tikintisinin sürətləndirilməsi ilə bağlıdır. Belə ki, bəzi mütəxəssislərə görə, paytaxtın ucqar ərazilərinə o cümlədən Abşeron və Xırdalana metro çəkilməsi tıxaclara son qoya bilər.

Mövzunu KONKRET.az-a şərh edən nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov bildirib ki, metro tikintisinin sürətləndirilməsi müəyyən mənada tıxacları azalda bilər. Amma bu, məsələnin həlli yolu deyil: “Günü-gündən avtomobil sayı artmaqdadır, Bakı artıq genişlənir, ətrafda salınan qəsəbələrin sayı çoxalır. Bütün bunları nəzərə alsaq təkcə metro tikintisini sürətləndirmək tıxacların qarşısını ala bilməyəcək. Doğrudur, qismən yardımçı olacaq. Amma problemin tam həlli mümkün deyil”.

Rövşən Həsənovun sözlərinə görə, tıxac məsələsi demək olar ki, bütün müqapolislərdə problemə çevrilib: “Bəzi inkişaf etmiş Avropa dövlətlərində satin yalnız müəyyən zamanlarında hansısa nəqliyyat vasitələrinə şəhərin mərkəzinə daxil olmağa icazə verilir. Yəni tıxacın qarşısını tam şəkildə almaq mümkün deyil. Bunu deyən şəxslərin nəqliyyat sahəsindən anlayışı yoxdur. Qismən isə qarşısını almaq mümkün ola bilər. Bunun üçün tikiləcək binaların tikinti norma və qaydalarına uyğun olaraq parkinqləri nəzərdə tutulmalıdır. Əgər biz yaxın keçmişə nəzər salsaq, tikilən bir çox binalarda parkinqlərin olmadığını görə bilərik. Ona görə də, həmin binalarda yaşayan sakinlər öz nəqliyyat vasitələrini yolun kənarında saxlayırlar. Bu da tıxacların yaranmasına səbəb olur. Amma parkinqlər olsa və insanlar avtomobillərini yol kənarlarında deyil, yeraltı qarajlarda saxlasalar, bu zaman tıxacların qarşısını qismən almaq olar. Tramvay və trolleybuslarının fəaliyyətini də bərpa edə bilsək, o zaman problemin həllində irəliləyişə nail olarıq.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

  • Ramil
    Sentyabr 30, 2022 - 20:50

    Görəsən bu Xırdalanın aqibəti necə olacaq.
    Köhnə bazarın qarşısından keçmək olmur.
    Orada 24 saat propkadır.
    Bunu görmək nə qədər çətindir ki?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*