Moskvada 4 gün itkin düşmüş sayılan 13 yaşlı qız tapılıb. Konkret.az yerli mediaya istinadən xəbər verir ki, o, tanımadığı kişi tərəfindən zorla qaçırılıb və 4 gün onun evində gecələməli olub. Evə buraxılmasını istədikdə, sadist məktəbli qızı o ki var döyüb və ona təcavüz edib.
Fiziki zorakılığa məruz qalan qız valideynlərinə başına gələnləri bütün təfərrüatları ilə danışıb.
Polis günahkarı müəyyən edib. Məlum olub ki, pedofil Moskvanın cənub-şərqində yerləşən rayonlardan birində yaşayan 32 yaşlı Maqnitoqorsk sakinidir. Polis hələ daha ətraflı məlumat verməyib. Mediaya bir o məlum olub ki, cinayətkar əvvəllər də bir neçə dəfə quldurluğa görə həbs olunub. Əməliyyat-istintaq axtarışları davam edir.
Konkret.az
