Peleyə görə Braziliyada matəm elan olundubackend

Peleyə görə Braziliyada matəm elan olundu

Əfsanəvi futbolçu Pelenin 82 yaşında vəfat etməsindən sonra Braziliya hökuməti ölkədə üç günlük milli matəm elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Jair Bolsonaro fərman imzalayıb.

Bundan başqa, Bolsonaro tviter hesabında paylaşım edərək Pelenin ailəsinə başsağlığı verib.

“Pele futbolu sənətə və əyləncəyə çevirdi, futbolla Braziliyanın adını dünyaya duyurdu” – Bolsonaro paylaşımında qeyd edib.

Qeyd edək ki, Pele ötən gün vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*