ABŞ Konqresinin aşağı palatasının spikeri Nensi Pelosi Prezident Donald Trampın millətə müraciətinin mətnini cırdığının səbəbini açıqlayıb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, onun fikrincə, Ağ evin sahibi bəyanatda “həqiqəti gizlədib”.
CNN-nin məlumatına görə, bu barədə Pelosi demokratların qapalı iclası zamanı danışıb.
Spiker çıxış edərək Trampın nitqinin “biabırçı” və içərisində çoxlu yalanlar olduğunu bəyan edib.
“O, həqiqəti gizlətdi, buna görə də mən onun çıxışını cırdım”, – Pelosi bildirib.
Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Prezident Donald Trampın “ölkənin vəziyyəti haqqında” illik müraciəti ilə bağlı Konqresdəki çıxışından sonra mətnin surətini nümayişkaranə şəkildə cırıb.
ABŞ prezidenti ona əlini uzatmayıb. Pelosi də bu hərəkətə cavab olaraq bu addımı atıb.
Babək Göyüş
KONKRET.az
