Pentaqonun keçmiş rəhbəri Uilyam Perri ABŞ və Rusiya arasında münasibətlərin pisləşməsinin səbəbini açıqlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Perri iki ölkə arasındakı münasibətlərdə mövcud olan böhranın XX əsrin sonlarına təsadüf etdiyini deyib. O əlavə edib ki, həmin vaxt Qərb Soyuq Müharibədə qalib olan mövqedən postsovet Rusiyası ilə dialoq qurmağa çalışırdı.
Perri həmçinin bildirib ki, çoxları 90-cı illərin ortalarında NATO-nun genişlənməsini kritik təxribat hesab edib.
Pentaqonun keçmiş rəhbəri Vaşinqton və Moskva arasında münasibətlərin mənfi nəticələrindən qorxduğu üçün bu genişlənməyə qarşı olduğunu diqqətə çatdırıb.
Bundan əlavə, Perri Qərbin Rusiya ilə dialoqda ardıcıl olmaq istəməməsini pisləyib. Perri 1998-ci il qlobal maliyyə böhranı zamanı Qərbin Moskvaya kömək etmək istəməməsini də tənqid edib.
Müşviq Tofiqoğlu,
KONKRET.az
