Peruda bu ölkə prezidenti “arzuedilməz şəxs” ELAN EDİLDİbackend

Peruda bu ölkə prezidenti “arzuedilməz şəxs” ELAN EDİLDİ

Peru Konqresi (parlamenti) Kolumbiya Prezidenti Qustavo Petronu tənqidi fikirlərinə görə persona non-qrata (“arzuedilməz şəxs”) elan etməyə səs verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın “Twitter” səhifəsində yazılıb.

Müzakirə üçün təqdim olunan sənədin mətnində deyilir ki, Kolumbiya lideri Peruda “persona non-qrata” elan edilməlidir.

“Daxili və Xarici İşlər Nazirliklərindən tələb edilir ki, Qustavo Fransisko Petro Urreqonun ölkə ərazisinə daxil olmasının qarşısını almaq üçün lazımi tədbirlər görsün”, – təklifdə deyilir.

Qeyd edək ki, Kolumbiya Prezidenti çıxışı zamanı Peru polisinin nasistlər kimi öz xalqına qarşı yürüş etdiyini bildirib. Peru parlamenti Petronun sözlərini polisə və bütün respublikaya qarşı təhqir hesab edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*