Perunun Çavin-de-Uantar şəhərində dəhşətli sürüşmə baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb. Şəhərə yaxın məsafədə olan dağ sözün əsl mənasında yerindən oynayıb.
Videoda insanların hər şeyin yoluna düşəcəyi ümidi ilə əvvəlcə dağa necə baxdığı görünür. Lakin bir qədər sonra böyük bir torpaq axını birbaşa şəhərə tərəf axmağa başlayır və hər tərəf toz-dumana bürünür.
Şoka düşən sakinlər yaxınlaşan təhlükədən qaçıb canlarını qurtarmağa çalışırlar.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, itki yoxdur, lakin 150 ev dağılıb.
Həmin görüntüləri təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
