Peskov: “Bu sual bizə ünvanlanmalı deyil”backend

Peskov: "Bu sual bizə ünvanlanmalı deyil"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “The Washington Post” qəzetinin ABŞ-nin Rusiya tərəfini “Crocus City Hall”da terror aktı törədiləcəyi ilə bağlı xəbərdar etdiyi barədə məlumatı təsdiqləməyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o, bu məsələnin Kremlin səlahiyyətlərinə daxil olmadığını bildirib.

“Bu, bizim səlahiyyətimizdə deyil, çünki bu cür məlumat mübadiləsi xüsusi xidmət orqanlarının kanalları vasitəsilə baş verir. Məlumat birbaşa xidmətdən xidmətə ötürülür”, – deyə Peskov jurnalistlərə söyləyib.

Kremlin təmsilçisi ABŞ-nin Moskvadakı sinaqoqda terror aktının qarşısının alınmasına kömək edib-etmədiyi sualına da eyni tərzdə cavab verib: “Bu da bizə ünvanmalı deyil”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*