Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün xəstəxanadan buraxılıb.
KONKRET.az-ın məlumatına görə, o, “RİA Novosti”yə açıqlamasında xəstəxanadan buraxıldığını təsdiqləyib.
Peskov xəstəxanaya mayın birinci yarısı yerləşdirilmişdi.
Qeyd edək ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi yeni növ koronavirusdan müalicə olunurdu.
APA