Petre Roman: “Enerji bazarının təkrar layihələndirilməsinə fikir verilməlidir”backend

Petre Roman: "Enerji bazarının təkrar layihələndirilməsinə fikir verilməlidir"

“Qlobal iqtisadiyyat çox mürəkkəb sistemdir. Bu sistem həm daxildə, həm xaricdə olan problemləri meydana çıxarır. Böhran vəziyyətində bu, özünü daha qabarıq göstərir. Biz həlledici qüvvələri meydana çıxarmalıyıq. Texnologiyaların davamlı və dayanıqlı olması mühüm şərtdir. Yəni, onların mümkün ola biləcək böhranlara davam gətirə bilməsi öyrənilməlidir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Rumıniyanın sabiq Baş naziri Petre Roman noyabrın 4-də VIII Qlobal Bakı Forumu çərçivəsində “Yeni dünya iqtisadiyyatı” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.

Yer kürəsinin təhlükəli məkana çevriləcəyindən narahatlığını ifadə edən Petre Roman diqqətə çatdırıb ki, enerji bazarının təkrar layihələndirilməsinə fikir verilməlidir. Mürəkkəb münasibətləri araşdırmaq mütləqdir. Bazarda olan qiymətlər bazar hədəflərinə uyğun gəlmədikdə problemlərin yaranması qaçılmazdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*