Petrosyandan sensasion MÜSAHİBƏ: “Qarabağın Azərbaycanın tərkibində statusu bütün tərəfləri tam qane edəcək”backend

Petrosyandan sensasion MÜSAHİBƏ: "Qarabağın Azərbaycanın tərkibində statusu bütün tərəfləri tam qane edəcək"

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1992-ci il “Komsomolskaya Pravda” qəzetinə müsahibəsinin yenidən yayılması Ermənistanda böyük ajiotaj yaradıb.

KONKRET.az erməni KİV-ə istinadən xəbər verir ki, Petrosyanın Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməsini sübut edən həmin müsahibə yenidən erməni cəmiyyətində geniş müzakirə olunur.

Qeyd edək ki, keçmiş prezident “Komsomolskaya Pravda”nın 1992-cil il 5 mart tarixli buraxılışında jurnalisə bunları bildirmişdi:

“Düşünmək istərdim ki, Qarabağın Azərbaycanın tərkibində statusu bütün tərəfləri tam qane edəcək. Bu, bizim mövqeyimizdir. Biz bunu istənilən səviyyədə müzakirə etməyə hazırıq”.

Qeyd edək ki, Levon Ter-Petosyanın hakimiyyət illərində Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağa daha yaxın idi.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*