Peyvənd olunmayan sərnişinlər cərimələnəcək? – AÇIQLAMAbackend

Peyvənd olunmayan sərnişinlər cərimələnəcək? - AÇIQLAMA

Peyvənd olunmayan, yaxud COVİD-19-a qarşı immunitet sertifikatı olmayan sərnişinlər inzibati məsuliyyətə cəlb olunmayacaqlar.

KONKRET.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, Daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində müvafiq nəzarət tədbirlərinin icrası diqqətdə saxlanılır:

“Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda müntəzəm sərnişindaşımanı həyata keçirən fiziki, hüquqi və vəzifəli şəxslər qanunverciliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*