Azur Air-in təyyarəsi pilotun səfərbər olması səbəbindən Rusiyadan Türkiyəyə uça bilməyib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın “Mash” teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, Ufa-Antalya reysi pilotun orduya çağırış vərəqəsini almasından sonra ləğv edilməli olub. Bu səbəbdən ona Rusiyanı tərk etmək qadağan edilib.
Məlum olub ki, orduya çağırış vərəqəsi pilota evdə olarkən gəlib. Lakin həmin şəxs hərbi komissarlığın tələbinə məhəl qoymayıb və bu barədə heç kimə deməyib.
Lakin o, hava limanına çatdıqdan sonra pasport nəzarətində saxlanılıb. Səfərbərlik səbəbindən pilota Rusiya ərazisini tərk etmək qadağan edilib.
Məlumata görə, reysin sərnişinləri iki saata yaxın uçuş-enmə zolağında saxlanılıb.
Bundan sonra onlar səsgücləndirici ilə elan ediblər: “Səfərbərliklə və ikinci pilotun sərhədi keçməsinə qadağa qoyulması ilə əlaqədar olaraq, uçuş ləğv edilir”.
Xuraman Etibarlı,
KONKRET.az
