Pis qiymət aldığı üçün oğlunu qılıncla ÖLDÜRDÜbackend

Pis qiymət aldığı üçün oğlunu qılıncla ÖLDÜRDÜ

Çində kişi 13 yaşlı oğlunu samuray qılıncı ilə öldürdüyü üçün 12 il həbs cəzasına məhkum edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Qeyd olunub ki, Yang Cunming adlı şəxs hadisənin oğlunun müəllimi ilə onlayn görüş keçirməsindən sonra baş verdiyini bildirib.

Belə ki, müəllim məktəblinin bədən tərbiyəsindən aşağı qiymət aldığını bildirib. Bundan sonra ata oğlunu çox tənbəl olmaqda ittiham edib və yapon samuray qılıncı ilə onu vurub.

Cinayətkar məhkəmədə arvadından illər əvvəl boşandığını da bildirib.

Məhkəmə-tibbi ekspertiza oğlanın ölümündən əvvəl bir neçə dəfə döyüldüyünü müəyyən edib.

Hadisə Çində geniş müzakirələrə səbəb olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*