Piyadaların 4 saniyəyə keçməli olduğu işıqforla bağlı – AÇIQLAMA – VİDEObackend

Piyadaların 4 saniyəyə keçməli olduğu işıqforla bağlı - AÇIQLAMA - VİDEO

Sumqayıt şəhərində işıqforun piyadalara yolu keçmək üçün 4 saniyə vaxt verməsi narazılığa səbəb olub.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, geniş yolu keçmək üçün verilən vaxtın həddindən artıq az olduğunu bildirən sakinlər işıqforun görüntüsünü paylaşıblar. Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.

Baş Dövlət Yol Polisi İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, işqforda texniki nasazlıq baş verib: “Texniki problem səbəbindən təyin edilmiş vaxtlarda uyğunsuzluq yaranıb. Artıq problem həll edilib”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*