Sosial şəbəkələrdə poliklinikaların birində peyvənd saatı bitməmiş qapıların bağlanması ilə bağlı video yayılıb. Həmçinin görüntülərdə poliklinikanın qapısının şüşələrinin sındırıldığı, növbə gözləyənlərin isə sınmış qapıdan içəri daxil olduğu görünür.
KONKRET.az-ın məlumatına görə, “Qafqazinfo” məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edib. Nazirlikdən bildirilib ki, hadisə axşam saat 18:40 radələrində baş verib: “Növbədə dayanan vətəndaşlardan bir neçəsi sosial məsafənin qorunması üçün növbəli şəkildə tibb müəssisəsindən içəri buraxılır və qapı bağlanır.
Həmin şəxs və həyat yoldaşı poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib. Faktla bağlı artıq hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub”.
