Polis bayram şənliyində həmkarına evlilik təklifi etdibackend

Polis bayram şənliyində həmkarına evlilik təklifi etdi

Mayın 9-da Qələbə günü Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin Əlahiddə Polis Alayının süvari tağımının inspektoru Aleksandr Malı eyni bölmədə xidmət edən həmkarı Anna Sokolovaya evlilik təklifi edib.

KONKRET.az yerli mediaya istinadla bildirir ki, Müqəddəs İsaak meydanındakı bayram tədbirlərinin ortasında diz çökmüş Aleksandr sevgilisinə münasibətinin kulminasiyasına çevrilən bir sualla müraciət edib.

Təkcə cütlüyün həmkarları deyil, həm də meydana toplaşan yüzlərlə təsadüfi şahid də təsirli anın şahidi olub. Anna tərəddüd etmədən “Bəli!” cavabını verib, həmkarlarının coşqun fəryadına və tamaşaçıların alqışlarına səbəb olub.

Sonradan məlum olub ki, cütlük 2022-ci ildə, qız süvari taqımında xidmət etməyə gələndə tanış olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*