Meksikada polis 68 kisə insan qalıqları aşkar edib.
KONKRET.az xəbər verir ki, bu barədə “El Milenio” nəşri məlumat yayıb.
Bildirilib ki, qalıqlar Mexiko ştatında doqquz gizli məzarlıqda tapılıb.
Qeyd olunub ki, saxlanılan cinayətkar dəstə üzvləri hadisə barədə rəsmi orqanlara məlumat veriblər.
Hərbçilər, Mexiko polisi və prokurorluğu qalıqların axtarışını davam etdirir.
Rəsmi hesablamalara görə, 1964-cü ildən 2022-ci ilə qədər Meksikada itkin düşənlərin sayı 100 min nəfəri keçib.
Məlumata görə, 2022-ci ildə Meksikada qətllərin sayı illik müqayisədə 7,1% azalaraq 33,350-dən 30,968-ə düşüb.
İqbal Rzayev,
KONKRET.az
