“Polis Kəraməti heç tutmamışdı” – DİN-dən AÇIQLAMA – YENİLƏNİBbackend

"Polis Kəraməti heç tutmamışdı" - DİN-dən AÇIQLAMA - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, gənc yazıçı Kəramət Böyükçöl sərbəst buraxılıb.

DİN-in rəsmisi baku.ws-ə bildirib ki, əslində Kəramət heç saxlanılmayıb:

“Polis Kəraməti heç tutmamışdı. Sadəcə sərxoş idi, özünə qəsd edə bilərdi. Ona görə də nəzarətdə saxlanılırdı. İndi artıq evə buraxılıb”, – deyə Ehsan Zahid bildirib.

Qeyd edək ki, gənc yazar ötən gün kirayə yaşadığı evdə “Facebook”da canlı yayım edərkən saxlanılıb.

Kəramət Böyükçölün yaşadığı ünvana gələn polis əməkdaşları onunla bağlı qonşuların şikayət etdiyini bildiriblər.

 

***

17:32 


Dünən saxlanılan yazıçı Kəramət Böyükçöl sərbəst buraxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə dostları sosial şəbəkədə məlumat paylaşıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*