Fransanın Montreuil inzibati məhkəməsi aksiyanın dağıdılması zamanı polis zorakılığı nəticəsində gözünü itirmiş şəxsə 100 min avro ödənilməsinə qərar verib.
KONKRET.az xəbər verir ki, bu barədə “Agence France–Presse” məlumat yayıb.
Bildirilib ki, hadisə 2009-cu ilin iyulunda baş verib.
Belə ki, polis əməkdaşlarına tərk edilmiş klinikanın qarşısında nümayişi dağıtmaq əmri verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları rezin güllələrdən istifadə ediblər, nəticədə 6 nəfər yaralanıb.
Qeyd olunub ki, keçirilən məhkəmə proseslərində üç polis məmuru təqsirli bilinərək 7 aydan 15 aya qədər şərti həbs cəzasına məhkum edilib. Lakin aksiyada ağır zədə alan 40 yaşlı Joakim Qatti dövlətdən müalicə xərcləri və mənəvi zərərin ödənilməsini tələb edib.
İnzibati məhkəmə zərərçəkmiş şəxsə dəymiş zərərin məbləğini ilkin təxmin edilən 150,5 min avrodan 105,3 min avroya endirib.
İqbal Rzayev,
KONKRET.az
