Polis öldü, hərbçi yaralandı – Azərbaycanda dəhşətli qəza – FOTObackend

Polis öldü, hərbçi yaralandı - Azərbaycanda dəhşətli qəza - FOTO

Bərdədə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki,  hadisə rayonun H.Əliyev prospektində körpünün üzərində baş verib.

Qəza zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Ölən şəxs – 1983-cü il təvəllüdlü Məmmədov Elgün Elbrus oğludur. O, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşı olub.

Xəsarət alanlardan biri – 1991-ci il təvəllüdlü hərbçi Əliyev Asif Firdovsi oğludur. O, Bərdə rayonu Ağalı kənd sakinidir.

Digər yaralı isə 1989-cu il təvəllüdlü Gəncə şəhər sakini Mustafayev İsa Abış oğludur.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*