Polis və vətəndaşın möhtəşəm qələbə sevinci – VİDEObackend

Polis və vətəndaşın möhtəşəm qələbə sevinci - VİDEO

Azərbaycanın 30 illik həsrətə son qoyaraq işğal altında olan bütün torpaqlarını azad etməsi, müharibənin Ermənistanın hərbi kapitulyasiyası ilə bitməsi şərəfinə ölkənin hər yerində olduğu kimi Bakıda da izdihamlı yürüşlər keçirilib. Belə şənliklərdən birində polis əməkdaşının öz sevincini vətəndaşlarla bölüşməsi diqqət çəkib.

Görüntülərdə paytaxtda Azərbaycan bayraqları ilə sevinclərini bölüşərək oynayan gənclərə yaxınlaşan polisin hərbi salam verərək onları qucaqlaması yer alıb. Bu video sosial şəbəkələrdə geniş yayılıb və hər kəs polisin mülki şəxslərlə qucaqlaşaraq qələbə bayramını qeyd etməsini təqdir edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*