Fransada məhkəmə polis zorakılığı nəticəsində sağ gözünü itirən gəncə 15 min avro təzminat ödənilməsinə qərar verib.
KONKRET.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Bildirilib ki, Paris Ədliyyə Məhkəməsi 2019-cu ildə Mantes-la-Coli şəhərində aksiya zamanı polisin atdığı rezin güllə nəticəsində sağ gözünü itirən 23 yaşlı Amadunun işi ilə bağlı qərarı açıqlayıb.
Məhkəmə dövlətin etirazçıya 15 min avro təzminat ödəməsinə qərar verib.
İqbal Rzayev,
KONKRET.az
