Polisdə qeydiyyata düşmək tələbi niyə gündəmə gəlib?backend

Polisdə qeydiyyata düşmək tələbi niyə gündəmə gəlib?

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə, daimi yaşayış yerindən kənarda 60 gündən artıq müddətdə yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində müvafiq sənədlərlə ərazi üzrə polis orqanına müraciət etməlidir.

KONKRET.az bildirir ki, vətəndaş olduğu yerdən getdikdə polis orqanı onu müvəqqəti qeydiyyatdan çıxarır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Vətəndaş sözügedən qaydalara əməl etmədiyi zaman ona xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə tətbiq olunur.

Son günlər qanunvericiliyin bu tələbinin icrasının aktuallaşmasına münasibət bildirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Bakupost.az -a açıqlamasında deyib ki, dünyanın əksər inkişaf etmiş ölkələrində bu məsələ qanun çərçivəsində öz həllini tapıb. Yəni insanlar qanunvericiliyin tələblərinə əməl edib qeydiyyata düşür. Artıq Azərbaycanda da bu sistem tətbiq olunacaq:

“Bu​ cür hüquqi prosedurlar yalnız qanunun tələblərinə uyğun həyata keçirilir”.

Ç.Qənizadə hesab edir ki, ölkə vətəndaşlarının yaşayış yerini dəyişərkən olduqları yerdə qeydiyyata düşməsi mütləqdir. Bu vətəndaşların dövlət üçün əlçatan olmasını təmin edir:

“Hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərlə bağlı müvafiq dövlət qurumlarından daxil olan müraciətlərə baxılarkən, həmin şəxsləri tapmaqda müəyyən çətinliklər yaranır. Həmin vətəndaşa gedən​ məktub, məhkəmə çağırışları və digər sənədlərin çatımlılığı da problemə çevrilir. İş, proses yubanır.​ Ona görə də qeydiyyatın dəqiqliyini təmin etmək, bu sahədə pərakəndəliyi aradan qaldırmaq üçün qeydiyyatın aparılması vacibdir. Vətəndaşların daimi və müvəqqəti yaşamaq niyyətində olduğu ünvanı müəyyənləşdirmək mühümdür. İnsanların yaşadığı yerdə qeydiyyata düşməsi cinayətkarlığa qarşı mübarizə zamanı da hüquq-mühafizə orqanlarının​ daha çevik əməliyyat həyata keçirməsinə imkan yaradır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*