Polislərdən 80 manat tələb edilməsi videosu ilə bağlı DİN-dən AÇIQLAMAbackend

Polislərdən 80 manat tələb edilməsi videosu ilə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan və Sabirabad rayon polis şöbəsinin vəzifəli şəxsinin əməkdaşlardan 80 manat tələb etməsini əks etdirən videogörüntü haqda açıqlama verib.

KONKRET.az-ın məlumatına görə, DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, “Tik-tok”-da yayılan görüntülərdən məlumatlıdırlar: “Görüntülər qərəzlidir, məqsədli olaraq sosial şəbəkələrə ötürülüb. Bu, 3 il əvvəl Sabirabad RPŞ-nin Post-Patrul bölüyünün iclasında bir müddət bundan öncə daxili işlər orqanlarından mənfi motivlərə görə xaric olunan əməkdaş tərəfindən çəkilib.

Həmin iclasda bir yubiley tədbirinin təntənəli keçirilməsi üçün bölük əməkdaşlarının təşəbbüsü olub. Lakin sonradan tədbir baş tutmayıb. Görüntüdə əks olunan bölük komandiri olub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*