Politico: “Çin nümayəndə heyətinə Kraliça II Elizabet ilə vidalaşmaq qadağan edilib”backend

Politico: "Çin nümayəndə heyətinə Kraliça II Elizabet ilə vidalaşmaq qadağan edilib"

Britaniya parlamentinin İcmalar Palatasının sədri Lindsay Hoyl Çin nümayəndə heyətinin Kraliça II Elizabet ilə vidalaşmaq üçün Londondakı Vestminster zalına getməsinə icazə verməyib.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Lindsay Hoyl parlament üzvlərinə qərar barədə məlumat verib.

Eyni zamanda, Çin nümayəndə heyətinin sentyabrın 19-da Vestminster Abbeyində Kraliçanın dəfn mərasimində iştirak edəcəyi istisna edilmir. Lakin onlar Kraliçanın tabutunun yerləşdiyi Vestminster Holla buraxılmayacaqlar.

Qeyd edək ki, 2021-ci ilin sentyabrında Böyük Britaniya parlamenti Çinin sanksiyalarına cavab olaraq bu ölkənin səfiri Zheng Zeguangın Vestminster Holla getməsinə qadağa qoyub. Bundan əvvəl Pekin Sincanda uyğurlara qarşı təzyiqlər barədə danışan bəzi britaniyalı deputatlara qarşı sanksiyalar tətbiq edib.

Xatırladaq ki, II Elizabet sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Dəfn mərasimi sentyabrın 19-da Vestminster Abbeyində keçiriləcək. “Reuters”in məlumatına görə, Rusiya, Belarus və Myanma mərasimə dəvət almayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*