Polşa II Dünya Müharibəsinə görə Rusiyadan təzminat tələb edirbackend

Polşa II Dünya Müharibəsinə görə Rusiyadan təzminat tələb edir

“Polşa Rusiyadan II Dünya Müharibəsinə görə təzminat tələb etməlidir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda “Wprost” jurnalına müsahibəsində deyib.

“Əlbəttə, Rusiya bu müharibəyə sonradan qoşuldu, ona görə də hesab edirəm ki, biz Rusiyadan da təzminat tələb etməliyik. Biz növbəti mərhələdə Rusiyadan təzminat tələb edəcəyik? Məncə, biz bunu etməliyik. Bunu etməməyimiz üçün heç bir səbəb görmürəm”, – Andjey Duda əlavə edib.

Qeyd edək ki, sentyabrın 14-də Polşa Seymi İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyana görə Almaniyadan təzminat ödənilməsinə dair qətnamə qəbul edib. Polşa Almaniyadan 1,3 milyard dollar almaq istəyir.

Digər tərəfdən Almaniya 1950-ci illərdə Polşaya təzminat ödəməkdən imtina edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*