Polşa Macarıstanla siyasi əlaqələrini kəsdibackend

Polşa Macarıstanla siyasi əlaqələrini kəsdi

Polşa hakimiyyəti Rusiyanın Ukraynada müharibə əməliyyatlarına görə Macarıstanla siyasi əlaqələri dayandırıb.

KONKRET.az xəbər verir ki, Varşava və Budapeşt əvvəllər yaxşı münasibətlərdə olublar və tez-tez bir sıra məsələlərdə birlikdə Avropa İttifaqına (Aİ) qarşı çıxıblar. Lakin hazırda Polşa tərəfini Macarıstanın Baş naziri Viktor Orbanın Rusiyaya münasibətdə tutduğu mövqe və Rusiya Prezidenti Vladimir Putinlə münasibətləri tamamilə kəsməkdən imtina etməsi qane etmir.

Polşa hakimiyyəti Orbanı bu yaxınlarda beşinci müddətə yenidən seçilməsi münasibətilə təbrik etməyib. Bundan əlavə, Macarıstanın xarici işlər naziri Peter Siyartonun ötən həftə Varşavada keçirilən donor konfransında iştirakı zamanı hökumət rəsmiləri onunla ünsiyyətdən yayınıblar.

Macarıstan tərəfi ölkə iqtisadiyyatına zərər vuracağını düşündüyü üçün Rusiyadan enerji resurslarına qoyulan embarqoya qarşı çıxır. Daha əvvəl məlum olmuşdu ki, bir neçə Aİ ölkəsi Macarıstanı embarqonu dəstəkləməyə razı sala bilməyəcəkləri təqdirdə Rusiya neftinin idxalına qoyulan qadağanı təxirə salmaq barədə düşünə bilərlər.

Martın 27-də Polşa Prezidenti Andjey Duda Orbanın Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyini tənqid edib. Onun sözlərinə görə, Budapeştin Ukraynadakı müharibəyə qarışmaq istəməməsini başa düşmür.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*