Polşa öz ərazisində ABŞ-ın nüvə silahını yerləşdirməyi düşünürbackend

Polşa öz ərazisində ABŞ-ın nüvə silahını yerləşdirməyi düşünür

Polşa dəfələrlə ABŞ-la öz nüvə silahlarının bu ölkədə yerləşdirilməsi imkanlarını müzakirə edib və lazım gələrsə, buna hazır olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə Polşa prezidenti Andjey Duda bildirib.

“Mən artıq bir neçə dəfə Amerikalı tərəfdaşlarımızla bu mövzu haqqında danışmışam. Gizlətməyəcəyəm, məndən Polşada nüvə başlıqlarının yerləşdirilməsi haqqında sual verəndə buna hazır olduğumuzu bildirdim”, – Polşa prezidenti “Fakt” qəzetinə müsahibəsində deyib.

O qeyd edib ki, artıq bir müddətdir ki, nüvə silahlarının yerləşdirilməsinin müzakirəsi iki ölkə arasında danışıqların əsas mövzusuna çevrilib.

Qeyd edək ki, çexiyalı hərbi ekspert Lukaş Vizinqr ABŞ-ın Polşada nüvə silahı yerləşdirə biləcəyini bildirmişdi. O qeyd edib ki, Varşava hakimiyyəti artıq NATO-nun Birgə Nüvə Missiyaları proqramında iştirak etmək istədiklərini bəyan edib.

Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçov isə vurğulayıb ki, Dudanın bəyanatı tam məsuliyyətsizlikdir. Onun fikrincə, o zaman Rusiya Federasiyası ölkənin milli təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməlidir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*