Polşa Saakaşvilini respublikada müalicə üçün göndərməyi TƏKLİF ETDİbackend

Polşa Saakaşvilini respublikada müalicə üçün göndərməyi TƏKLİF ETDİ

Polşa Saakaşvilini respublikada müalicə üçün göndərməyi təklif edib.

KONKRET.az xəbər verir ki, Polşanın Baş naziri Mateuş Moravetski bu barədə Aİ sammitində keçirdiyi mətbuat konfransında bildirib.

O bildirib ki, Varşava Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini ölkədə müalicə üçün qəbul etməyi təklif edib.

“Polşa Gürcüstan hökumətinə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin müalicə üçün Polşaya göndərilməsi təklifi ilə çıxış edib”, – Moravetski deyib.

Bundan əvvəl Gürcüstan hakimiyyəti eks-prezident Mixail Saakaşvilinin amnistiyaya düşməyəcəyinə söz vermişdi. Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze bildirib ki, Gürcüstan parlamenti siyasətçiyə amnistiya haqqında qanun qəbul etməyəcək.

Onun sözlərinə görə, “amnistiya qanunu konkret bir şəxsə uyğunlaşdırıla bilməz”.

Fevralın 6-da məhkəmə keçmiş prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı möhlət və azadlığa buraxılmasını rədd edib. Siyasətçi bu qərarı ölüm hökmü adlandırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*