Polşanın xarici işlər naziri Almaniyaya nota göndərdibackend

Polşanın xarici işlər naziri Almaniyaya nota göndərdi

Polşanın xarici işlər naziri Zbiqnev Rau Almaniyadan İkinci Dünya Müharibəsi zamanı dağıntılara görə təzminat tələb edən nota imzalayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “TVN24” məlumat yayıb.

Bildirilib ki, yaxın vaxtlarda nota Almaniya XİN-ə çatdırılacaq.

Qeyd edək ki, sentyabrın 14-də Polşa Seymi təzminatla bağlı qətnamə qəbul edib. Varşavaya dəyən hərbi zərərin məbləği 6,2 trilyon zloti (1,3 trilyon dollar) həcmində qiymətləndirilib.

Almaniya kansleri Olaf Şolts da öz növbəsində Almaniya ilə Polşa arasında sərhədlərin yenidən nəzərdən keçirilməsinin mümkünlüyünü açıqlayıb.

Xatırladaq ki, 2017-ci ildə Polşa Almaniyadan təzminat almaq məsələsi ilə bağlı xüsusi parlament komissiyası yaradıb. Berlin isə 1953-cü ildə Varşavaya rəsmi olaraq təzminat ödəməkdən imtina edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*