İtalyan tədqiqatçılar qaraciyər yağlanması (metabolik assosiasiya olunmuş yağlı qaraciyər xəstəliyi) olan insanlarda gündəlik pomidor istehlakının faydalı təsirini araşdırıb.
KONKRET.az xəbər verir ki, 18-65 yaş arası insanlar arasında qaraciyərində yağ artıqlığı təsdiqlənmiş 79 könüllü iştirak edib.
Bir qrup 6 həftə ərzində pomidor və pomidor sousu qəbul edib, digər qrup isə pomidoru tam rasiondan çıxarıb.
Pomidor yeyən qrupda qaraciyərdəki yağ toplanması demək olar ki, iki dəfə çox azalıb.
Çəki, bel ölçüsü və qan şəkəri səviyyəsi hər iki qrupda dəyişməz qalıb — yəni müsbət təsir çəki itkisi ilə deyil, birbaşa pomidorun özü ilə bağlıdır.
Effekt likopin adlı güclü antioksidantla əlaqələndirilir, o, qaraciyər hüceyrələrini oksidləşdirici stressdən qoruyur. Amma tədqiqatçılar təkcə likopinin deyil, pomidorda olan faydalı maddələrin bütövlükdə müsbət təsirini vurğulayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
