Poqba klubsuz qaldıbackend

Poqba klubsuz qaldı

Fransanın “Monako” komandası Pol Poqba ilə yollarını ayırıb.

KONKRET.az AZƏRTAC-a istinadən bildirir ki,  tərəflər 2027-ci ilin iyun ayına qədər qüvvədə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.

Klub 2018-ci ildə Fransa millisinin heyətində dünya çempionatının qalibi olmuş futbolçuya göstərdiyi etimada və “Monako”da olduğu müddətdə nümayiş etdirdiyi yüksək peşəkarlığa görə təşəkkürünü bildirib.

Qeyd edək ki, 2025-ci ilin yayından “Monako”da çıxış edən Pol Poqba ötən mövsüm cəmi 6 oyun keçirib. Yarımmüdafiəçi bu müddətdə qol vurmayıb və heç bir məhsuldar ötürmə ilə yadda qalmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*