“Potensial rəqib ilk hücum edərsə, Çin döyüşə başlayacaq” – Global Timesbackend

“Potensial rəqib ilk hücum edərsə, Çin döyüşə başlayacaq” - Global Times

“Çin Xalq Azadlıq Ordusu (PLA), ABŞ və Qərb ölkələri ilə artan gərginlik fonunda döyüşə başlaya bilər. Yalnız potensial düşmən ilk hücuma keçərsə, bu, baş verəcək”.  

KONKRET.az xəbər verir ki, bu barədə Çinin “Global Times” qəzeti məlumat yayıb.

Məqalədə deyilir: “ABŞ və Qərb ölkələri Çinin səbrini sınamağa çalışır. Amma bizə qarşı hücuma keçənə qədər hücum etmirik. Lakin bu baş verərsə, ÇXR şübhəsiz ki, əks hücuma keçəcək”.

Məqalədə vurğulanıb ki, Çin Xalq Azadlıq Ordusu heç vaxt döyüşdən qorxmayıb və həmişə uğur qazanıb. Müəlliflər qeyd edirlər ki, son 10 ildə Çin ordusunun döyüş effektivliyi həm silah-sursat və texnika, həm təşkilatçılıq, həm də döyüş və nəzəri hazırlıq baxımından nəzərəçarpacaq dərəcədə artıb:

“Ölkəmiz öz suverenliyini qorumaq, təhlükəsizliyi təmin etmək üçün hərbi güc qurur. Çinin üzləşdiyi xarici təhdidləri və çağırışları nəzərə alsaq, onun döyüş gücü hələ də yetərli deyil”.

Materialda vurğulanır ki, Pekin milli müdafiəni gücləndirmək üçün daim səy göstərməli, Çinin statusuna uyğun ordu formalaşdırmalıdır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*