Misli Premyer Liqasında “Araz-Naxçıvan” “Turan Tovuz”a qalib gəlib.
KONKRET.az xəbər verir ki, XV turun açılış oyunu “Liv Bona Dea Arena”da gerçəkləşib.
Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 75-ci dəqiqədə Felipe Santos qərb təmsilçisinin qapısından keçirib.
Bu qələbə sayəsində Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv xallarının sayını 36-ya çatdıraraq liderliyə yüksəlib. “Turan Tovuz” isə 27 xalla üçüncü sırada qərarlaşıb.
Qeyd edək ki, turun ikinci qarşılaşması bu gün “Sabah” və “Səbail” komandaları arasında baş tutacaq. Saat 19:00-da reallaşacaq görüşün start fiti saat 19:00-da səslənəcək.//Report