Prezident Çindən təxliyə olunan azərbaycanlılarla bağlı göstəriş verdibackend

Prezident Çindən təxliyə olunan azərbaycanlılarla bağlı göstəriş verdi

Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları Çindən təxliyə olunan azərbaycanlılarla görüş keçirib.

KONKRET.AZ xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyindən əldə edilən məlumata görə, təxliyə edilənlərin istəkləri yerinə yetirilib.

Hazırda onların vəziyyətlərində problem aşkarlanmayıb, vəziyyətləri yaxşıdır.

Qeyd edək ki, fevralın 1-də Çinin koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Türkiyə öz vətəndaşları ilə yanaşı, 6 Azərbaycan vətəndaşını da təxliyə edib. Həmin şəxslər əsasən tələbələrdir. Onlar 14 gün müddətində karantində saxlanılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*