Prezident İlham Əliyev: “İkinci Qarabağ savaşı bizim müştərək, şanlı tariximizdir”backend

Prezident İlham Əliyev: “İkinci Qarabağ savaşı bizim müştərək, şanlı tariximizdir”

“Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür”.

KONKRET.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Rizə-Artvin Hava Limanının açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Prezident vurğulayıb ki, biz hər zaman bir yerdəyik – xoş günlərdə də, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərib: “İlk saatlardan savaşın son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi. İkinci Qarabağ savaşı bizim müştərək, şanlı tariximizdir, 30 illik işğala son qoyduq. Savaşın ilk günündə hörmətli Prezident, qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalqız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxu üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər, Şuşa şəhərində Azərbaycanın bayrağı ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi. Azərbaycan xalqı bu qardaşlığı heç vaxt unutmayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*