Prezident İlham Əliyev Rizə haqqında: “Əziz qardaşıma dedim ki, bu yerlər cənnətə bənzəyir”backend

Prezident İlham Əliyev Rizə haqqında: "Əziz qardaşıma dedim ki, bu yerlər cənnətə bənzəyir"

“Mən ilk dəfədir ki, Rizədəyəm. Bu diyar haqqında çox eşidmişəm. Təyyarə ilə gələrkən pəncərədən bu gözəl mənzərəni seyr edərkən və artıq buradan seyr edərkən əziz qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir”.

KONKRET.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rizə şəhərində Rizə-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.

“Rizənin, Artvinin, Qara dəniz bölgəsinin gözəl, füsunkar təbiəti böyük sərvətdir. Amma ən böyük sərvət bu bölgənin insanlarıdır. Mərd, vətənpərvər, döyüşkən, Türkiyə Cümhuriyyətinin keşiyində duran insanlardır. Eşq olsun bu insanlara.

Mən bu gün qardaşımın məmləkətindəyəm və demək olar ki, öz məmləkətimdəyəm. Rizə Türk dünyasına böyük lider və mənim qardaşım Rəcəb Tayyib Ərdoğanı bəxş edib. Buna görə sizə minnətdarıq. Bütün Türk dünyası sizinlə fəxr edir. Bir daha əziz dostlar, qardaşlar, bacılar sizi bu gözəl hadisə, hava limanının açılışı münasibətilə təbrik edirəm. Yaşasın Rizə! Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan Birliyi!””, – Prezident vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*